Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
E-huquq.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
O qeyd edib ki, amma bu təklif rədd edilib.
Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.
“Biz mandatın qeyri-müəyyən müddətə – 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, – o deyib.
