"Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın mövqeyini dəstəkləyərək Ermənistan vəsatətini rədd etdi".
E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanması ilə bağlı iddialar irəli sürmüşdü: "Bununla bağlı sübutlarımızı və dəlillərimizi məhkəməyə təqdim etdik”.
