Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
E-huquq.az xəbər verir ki, o, bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib.
"Qəhrəmanca mübarizədən sonra işğal altındakı torpaqlarını azad edən və bununla da regionda sülh və əmin-amanlığa şərait yaradan Azərbaycanın Zəfər Günü mübarək. Zəfərlərin əbədi olsun, can Azərbaycan!", – nazir bildirib.

