Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
E-huquq.az-ın məlumatına görə, Baş nazir bu barədə “Twitter” səhifəsində yazıb.
O bildirib ki, dünyaya müharibə və sanksiyalar əvəzinə, sülh və əməkdaşlıq lazımdır.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında uğurla vasitəçilik edən yeganə liderdir. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə Avropaya enerji mənbələrini şaxələndirməyə kömək edir. Onlara təşəkkür borcumuz var!”, – Viktor Orban qeyd edib.
@Turkic_States in #Samarkand. We need peace and cooperation instead of war and #sanctions. @RTErdogan was the only leader to successfully mediate between RU and UA. @presidentaz is helping Europe diversify its energy sources. We owe them gratitude!#SamarkandSummit2022 pic.twitter.com/2oaUs7TSNb
— Orbán Viktor (@PM_ViktorOrban) November 11, 2022
