"Konstitusiyanın hər bir müddəası xalqın iradəsini ifadə edir"
“Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”.
“Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmlək qədər güclü olar”
Heydər Əliyev
Ümummilli Lider
Azərbaycanda, Konstitusiya quruculuğu tariximizdə 1918-ci il mayın 28-də AXC-nin yarandığını elan edən "İstiqlal bəyannaməsi" konstitusiya xarakteri daşıyan ilk hüquqi sənəddir.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mövcud olduğu dövrdə konstitusiya qəbul edilməyib. 70 illik sovet dönəmində isə Azərbaycan SSR-nin konstitusiyaları (1921, 1925, 1937 və 1978-ci illərdə qəbul olunmuş konstitusiyalar) da sovet dövlət siyasətinə və ideologiyasına uyğunlaşdırılmaqla, formal "demokratizmi" hər vasitə ilə əsaslandırmağa səy göstərilib.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sədirliyi ilə 33 nəfərdən ibarət komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsindən sonra 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul edilmiş, noyabrın 27-də isə qüvvəyə minmişdir.
Müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbulu Azərbaycan xalqının və dövlətinin həyatında tarixi və əlamətdar hadisəyə çevrildi, Azərbaycan dövlətçiliyi tarixində olduqca mühüm hadisə oldu.
Hər bir ölkənin Konstitusiyası cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri nizama salır. Bu münasibətlərdə, hər şeydən əvvəl, dövlətin keyfiyyət xarakteristikası: suverenliyi, idarəetmə forması, dövlət quruluşunun forması, dövlət hakimiyyətinin subyektləri, yəni cəmiyyətin siyasi sisteminin fəaliyyətinin ümumi əsasları öz əksini tapmışdır.
Konstitusiya hüquqi dövlətin ən əsas, ən yüksək və ən ali qanunudur və dövlətin bütün qanunvericilik aktlarının əsasında durur. Konstitusiya ali hüquqi qüvvəyə malikdir. İnsan və cəmiyyət, insan və dövlət arasında münasibətləri, dövlətin özünün təşkilinin əsaslarını tənzimləyən hüquq normaları sistemidir. Bu normalar bir, yaxud bir neçə normativ aktlarda – əsas qanunlarda cəmləşə bilər, həmçinin adi qanunların qeyri-müəyyən çoxluğunda və məhkəmə presedentlərində ola bilər.
Konstitusiya cəmiyyətin ümumi hüquqi modelidir ki, digər bütün cari qanunvericilik buna uyğun olmalıdır. Yəni dövlətin heç bir hüquqi aktı konstitusiyaya zidd ola bilməz.
Konstitusiya quruluşu insanların və vətəndaşların hüquq və azadlıqlarına əməl olunmasına yönəldilmiş elə bir qaydadır ki, burada dövlət konstitusiyaya uyğun fəaliyyət göstərir və hər bir ölkənin konstitusiya quruluşunun özünəməxsus xüsusiyyətləri vardır.
Konstitusiyaya görə, dövlət və içtimai həyat elə təşkil edilməlidir ki, dövlət məmurlarına və adi vətəndaşlara heç bir fərq qoyulmadan hamı bərabər şəkildə qanunçuluğa riayət etsin.
Konstitusiya quruluşunun əsaslarım aşağıdakı struktur elementləri təşkil edir: xalq hakimiyyəti; xalqın suverenliyi; insan və vətəndaşların hüquq və azadlıqlarının üstünlüyü; Azərbaycan dövlətinin forma və mahiyyəti; hakimiyyət bölgüsü; sosial və iqtisadi əsaslar; dövlət hakimiyyətinin əsasları; yerli özünüidarəetmənin tanınması və təmin olunması, onun müstəqiliyi və dövlət hakimiyyətindən ayrılması.
Hüquq və azadlıqlar ictimai münasibətlərin siyasi və sosial təşkilinin özəyi kimi irəli sürülür, cəmiyyət və dövlətlə qarşılıqlı münasibətlərdə şəxsin yeri müəyyən olunur. İctimai münasibətlərin sosial təşkilinin məqsədi insanın maraqlarının təmin olunmasından ibarətdir və insan hüquqlarının ali dəyər hesab edilməsi ilk növbədə insanın azadlığında ifadə olunur. İnsan hüquqları dövlət hakimiyyətinin insanın fərdi azadlıqları sahəsinə əsassız müdaxiləsinin qarşısını almağa xidmət etməlidir.
Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının qorunması qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının əsas vəzifəsi kimi təsbit olunmuş, onların pozulması ilə əlaqədar yaranan mübahisələrin məhkəmələr tərəfindən həll edilməsi müəyyən edilmişdir. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, qanunvericilik sahəsində əldə olunan nailiyyətlər öz mənbəyini Azərbaycan Respublikasının Konstitusiyasından alan möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin strateji, davamlı inkişafının hədəflərini müəyyənləşdirəcəkdir.
Hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycan Respublikası öz siyasi kursunda insan və vətəndaş hüquqlarının müdafiəsinə maneçilik yaradan süründürməçiliyə və bürokratik yanaşmalara, köhnəlmiş idarəçilik üsullarına, özbaşınalığa, korrupsiya və rüşvətxorluqla mübarizəyə mühüm önəm verir. Formalaşmış idarəetmə sisteminin sadələşdirilməsi, vətəndaşların dövlət orqanlarına müraciətlərinin dəqiq şəkildə araşdırılması və baxılması, inzibati orqanların öz səlahiyyət hədlərini aşmasının qarşısının alınması, vətəndaşların hüquq və qanunla qorunan mənafelərinin qorunması ilə bağlı geniş hüquqi müdafiə sistemlərinin formalaşdırılması əsas məsələlərdən biridir.
Konstitusiya elə xüsusiyyətlərə malikdir ki, bunlar başqa qanunlarda olmur. Bu, hər şeydən əvvəl konstitusiya quruluşunu müəyyən edən əsas ünsürlərlə bağlıdır. Azərbaycan Respublikası da konstitusiya quruluşuna malik olduğundan, müəyyən ünsürlərə malikdir:
Konstitusiyanın aliliyi;
xalq hakimiyyəti;
xalqın suverenliyi;
sosial və dünyəvi dövlət prinsipləri;
azad iqtisadiyyat və iqtisadi həyatın müxtəlifliyi; şəxsiyyətin hüquqi statusunun əsasları;
hakimiyyətin bölünməsi;
siyasi və ideoloji plüralizm;
yerli özünüidarəetmənin təşkili;
respublika idarəçilik forması;
mülkiyyətin müxtəlif formalarının müdafiəsi.
Konstitusiya Azərbaycan Respublikasında ictimai quruluşun faktiki əsaslannı və şəxsiyyətin həqiqi real vəziyyətini ifadə edir, cəmiyyətdəki real münasibətləri əks etdirir. Bu münasibətlər müəyyən sənədlərdə ifadə olunaraq hüquq normalar ilə tənzimlənir.
Hüquqi konstitusiyalar ali hüquqi qüvvəsi olan, xüsusi qaydada qəbul edilən və dəyişdirilən, sosial- iqtisadi qruluşun, siyasi sistemin, şəxsiyyətin hüquqi statusunun, cəmiyyətin mənəvi həyatının əsaslarını az və ya çox dərəcədə tənzim edən, yəni xüsusi obyekti olan sənəddir, əsas qanundur. Konstitusiya Azərbaycan Respublikasının Əsas Qanunudur. Konstitusiyada ifadə olunan normalar real həyatda dövlət hakimiyyətinin həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətlərin daha vacib və zəruri sahəsini qaydaya və nizama salır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin Əsas Qanunu olması ilə bərabər, yüksək hüquqi qüvvəyə malikdir. Maddi mənada konstitusiyanın ali hüquqi qüvvəsi ondadır ki, digər normativ hüquqi aktlar mahiyyət etibarilə konstitusiyanın normalarına uyğun olmalıdır. Buna görə də həm qanunlar, həm də qanunqüvvəli sənədlər kontitusiyaya uyğun gəlməli, ona zidd olmamalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə, Konstitusiya ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, heç bir akt konstitusiyaya zidd ola bilməz və kontitusion müddəalar birbaşa praktikada tətbiq edilir. Konstitusiyanın əsas normaları birbaşa tətbiq olunma imkanına malikdir.
Azərbaycan Respublikasının Konstitusiyası suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin al iliyini təsbit edən hüquqi təsis sənədidir. O, konstitusiya quruluşunun sistemli baxışma əsas verir, dövlət institutları sistemində balans yaradır, konstitusiya quruluşunun sabitliyini təmin edir.
Azərbaycan Respublikasının Konstitusiyası dedikdə, Azərbaycan respublikasının əsas qanunu sayılan, ali hüquqi qüvvəsi olan xüsusi qaydada qəbul edilən və dəyişdirilən elə bir sənəd başa düşülür ki, bu sənəd sosial-iqtisadi quruluşun, siyasi sistemin və cəmiyyətin mənəvi həyatının əsaslarını, vətəndaşların (şəxsiyyətin) hüquqi vəziyyətini, dövlət quruluşunu və idarəetmə formasını, dövlət hakimiyyəti orqanlarını müəyyən edir.
Konstitusiyanın özünəməxsus xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
Azərbaycan Konstitusiyası referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul olunmuşdur.
Konstitusiya Əsas Qanun kimi başqa qanunlardan fərqlənir və üstün qüvvədə olmaqla, ictimai münasibətlərin geniş dairəsini, bütün cəmiyyət üzvlərinin maraqlarını ehtiva edən daha vacib məsələləri həll edir. Konstitusiya dövlətin konstitusiya quruluşunu, insan və vətəndaşların başlıca hüquq, azadlıq və vəzifələrini, dövlətin ictimai-iqtisadi əsaslarını, onun milli ərazi quruluşunu, dövlət hakimiyyəti və yerli özünüidarəetmə sistemini təsbit edir. Konstitusiya normaları daha yüksək hüquqi qüvvəyə malikdir və dövlət orqanları, siyasi partiyalar, ictimai təşkilatlar, vəzifəli şəxslər və vətəndaşların fəaliyyəti üçün əsasdır.
Cəmiyyətin mənəvi həyatının əsaslarını (din, ailə, təhsil və s.);
Şəxsiyyətin hüquqi statuslarının əsaslarım, yəni vətəndaşların əsas hüquq və vəzifələrini (mülkiyyət hüquqi, əmək hüququ, əqli mülkiyyət hüququ, vergi ödəmək vəzifəsi və s.).
Konstitusiyada ifadə olunan normalar şəxsiyyət, cəmiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri nizama salır. Bütün ictimai münasibətlər yox, yalnız mühüm və vacib əhəmiyyətə malik olan ictimai münasibətlərin əsaslan məhz bu normalarla tənzimlənir.
Konstitusiyanın siyasi-sosial mənada məzmunu dedikdə, cəmiyyət və dövlət quruluşunun prinsipial məsələləri barəsində razılığa gəlmiş sosial qüvvələrin nisbətinin və bir-birinə münasibətinin, onların ictimai mənafe balansının Konstitusiyada idarə olunması başa düşülür. Konstitusiyamız müəyyən sinfin və sosial qrupun siyasi hakimiyyətini əks etdirmir. Onda sinfi mənafelər yox, xalq mənafeyi ifadə edilir. Bizim konstitusiya Azərbaycan xalqının yüksək səviyyədə siyasi- hüquqi həmrəyliyini əks etdirən sənəddir. Təsadüfi deyil ki, Konstitusiyamızın əvvəli bu sözlərlə başlayır:
"Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
– Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
– vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
– xalqın iradəsinin ifadəsi kimi, qanunlann aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
– ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
– ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi niyyətlərlə ümumxalq səsverməsi – referendum yolu ilə bu Konstitusiya qəbul edilir".
Konstitusiyamız quruluşca bölmələrə, bölmələr fəsillərə, fəsillər isə maddələrə bölünür. Konstitusiyamız 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Birinci bölmə Konstitusiya quruluşunun əsaslarına (xalq hakimiyyəti və dövlətin əsaslan), ikinci vətəndaşların hüquqi statusuna, üçüncü bölmə dövlət hakimiyyətinin təşkili və fəaliyyətinə, dördüncü bölmə yerli özünü idarəyə, beşinci bölmə isə hüquq və qanun kimi məsələlərə həsr olunur.
Konstitusiya keçid müddəaları ilə bitir. Bu müddəalar keçid dövrü üçün nəzərdə tutulmuşdur.
Konstitusiya cəmiyyətdə ümumbəşəri dəyərlər əsasında əldə olunmuş razılığı təsbit edir, cəmiyyət üzvlərində vətəndaşlıq hissi tərbiyə edir.
Vüqar Sərdarov,
Yeni Azərbaycan Partiyasının üzvü,
Elmi Mədəni Mərkəzin Direktor müavini
