Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı İstanbulda törədilən terror aktı ilə əlaqədar Azərbaycanın rəsmi Ankaraya verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
E-huquq.az xəbər verir ki, bu barədə diplomat "Twitter"də paylaşım edib.
“İstanbuldakı terror aktında itkilərimizlə bağlı zəng edərək, mesaj yazaraq başsağlıqlarını və dəstəklərini çatdıran bütün dostlara təşəkkür edirik”, – səfir vurğulayıb.
