“Bu gün Azərbaycan xalqı öz istiqlaliyyəti, azadlığı və dövlət müstəqilliyini qazanması ilə nəticələnən mübarizə tarixinin başladığı günü qeyd edir”.
E-huquq.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old "Twitter"də yazıb.
Diplomat 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bütün Azərbaycan xalqını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edirəm!”
