İlham Əliyev: "Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir"


  • 25 Noyabr 2022 11:05

"Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir".

E-huquq.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışında deyib.

Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. Biz bu gün ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırmağa başladıq.

Oxşar xəbərlər