Məzmuna keç

İlham Əliyev: “Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər”

Azərbaycanın və Özbəkistanın enerji şirkətləri sıx qarşılıqlı fəaliyyət göstərirlər.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Biz nəqliyyat-logistika sahəsində yük axınının gücləndiyini, ən başlıcası, bu istiqamətdə əməkdaşlıq potensialının artdığını görürük. Biz bu gün bütün istiqamətlər üzrə uğurlu qarşılıqlı fəaliyyəti uzun illər öncədən müəyyən edəcək məsələləri müzakirə etdik”.