Məzmuna keç

Azərbaycan XİN Türkiyəni Zəfər Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi və xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Zəfər Günü münasibətilə təbrik edib.

E-huquq.az xəbər verir ki, onlar bu barədə rəsmi “Twitter“ hesablarında paylaşım ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov bu günü Türkiyənin qəhrəmanlıq təcəssümü adlandırıb:

“Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur. Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram”.

Xarici İşlər Nazirliyinin paylaşımında isə 30 avqust İstiqlal savaşının taleyinin həll olunduğu gün kimi vurğulanıb:

“Qardaş tarixinin şanlı səhifələrindən biri olan, İstiqlal savaşının taleyini həll edən 30 avqust Zəfərinin 101-ci ildönümündə, bu qələbənin memarları olan Qazi Mustafa Kamal Atatürkü və onun silahdaşlarını hörmətlə anırıq”.