Türkiyə xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.
E-huquq.az xəbər verir ki, bu barədə, o, Tehranda iranlı həmkarı ilə birgə mətbuat konfransı zamanı bildirib.
Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi, Suriya və Liviya kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb.
