Məzmuna keç

Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirildi –

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub.

Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib.