“İşğaldan azad olunmuş ərazilərlə bağlı Böyük Qayıdış Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu Proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüb”.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı bildirib.
Qarşıdan gələn 3 ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.
