21.10.2026
Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
Siyasət

Putin: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir

Apr 22, 2024

Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur.

E-huquq.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir.