- 00:21
Martın 19-u saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
E-huquq.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.