Məzmuna keç

Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşdü –

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşüb.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***

10.16

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi "X" sosial media hesabında məlumat yayıb.

Görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.