Sumqayıtın bu ərazilərində su olmayacaq


  • 30 Aprel 2025 16:14

Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə su verilişində fasilələr olacaq.

E-huquq.az xəbər veri ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərin Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilələr yaranacaq.

Mayın 3-ü axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Oxşar xəbərlər