Bazar ertəsi Qəbələnin bir hissəsində qaz olmayacaq


  • 16:28

Bazar ertəsi Qəbələ rayonunun bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə e-huquq.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qəbələ-İsmayıllı-Muğanlı yolunun genişləndirilməsi ilə əlaqədar yeni çəkilmiş PE 225 mm-lik qaz xəttinin mövcud qaz xəttinə qoşulması məqsədi ilə sentyabrın 1-i saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ rayon Vəndam qəsəbəsi, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərində 4667 abonentin qaz təchizatı dayandırılacaq.

Oxşar xəbərlər