Bir sıra ərazilərdə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA


  • 7 Sentyabr 10:48

Sentyabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.

Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-da 35 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

  • 6 Sentyabr 12:12
Faktiki hava açıqlandı
  • 4 Sentyabr 11:03
Güclü külək əsir