Sabah 33 dərəcə isti olacaq


  • 7 Sentyabr 12:29

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacaq.

Oxşar xəbərlər

  • 6 Sentyabr 12:12
Faktiki hava açıqlandı
  • 4 Sentyabr 11:03
Güclü külək əsir