Sabah da külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ


  • 14:40

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də arabir yağış yağacağı gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən günün birinci yarısında yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur.

Küləkli hava şəraitinin sentyabrın 14-ü də davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər