Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi


  • 29 Sentyabr 19:29

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 30-u gündüzdən oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Gəncə, Daşkəsən, Naftalan və Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, həmçinin ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Oxşar xəbərlər

  • 28 Sentyabr 10:50
Faktiki hava açıqlandı