- 7 Oktyabr 19:40
Bu il verilən təhsil tələbə kreditlərinin məbləğində ötən illərlə müqayisədə artım qeydə alınıb.
E-huquq.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu il tələbələrə 18 725 570 manat məbləğində təhsil krediti kredit verilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə bu rəqəm 11 962, 2022-ci ildə 10 milyon 220 min 125, 2023-cü ildə 13 milyon 865 min 504, 2024-cü ildə isə 17 milyon 491 min 142 manat olub.
Qeyd edək ki, bu günə qədər tələbələrə ümumilikdə 60 milyon 314 min 303 manat təhsil krediti verilib.