Son doqquz ayda əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verilib


  • 11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-sentyabr aylarında əlilliyi olan şəxslərə 104 min reabilitasiya vasitəsi verib.

Bu barədə e-huquq.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 5,9 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 2 mini aşağı və yuxarı ətraf protezi, 4,9 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 8,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 418 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Onu da qeyd edək ki, cari ilin 9 ayında əlilliyi olan 11,2 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Oxşar xəbərlər