- 15:37
2025-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 66267,3 milyon manat və ya hər nəfərə orta hesabla 6471,8 manat olub.
Bu barədə e-huquq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 58253,0 milyon manat təşkil edib.