Təhsil xərcləri 5 milyard manatı ötəcək


  • 17 Oktyabr 23:32

2026-cı il üçün təhsil xərcləri 5 015 897 622,0 manat proqnozlaşdırılır.

E-huquq.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, həmin vəsaitdən məktəbəqədər təhsilə 468 191 803,0 manat, ümumi təhsilə 2 414 834 982,0 manat, peşə təhsilinə 105 465 624,0 manat, orta ixtisas təhsilinə 94 202 070,0 manat, ali təhsilə 212 479 231,0 manat, əlavə təhsilə 20 278 935,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlara 7 883 524,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlərə isə 1 692 561 453,0 manat ayrılacaq.

Oxşar xəbərlər