Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı artır


  • 16:39

2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

"O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq", - deyə komitə sədri əlavə edib.

Mənbə: Report

Oxşar xəbərlər