Bu gün Naxçıvan MR-nın ədliyyə orqanlarına qəbul imtahanı keçirildi


  • 15:34

İmtahan kompüterlər vasitəsilə elektron formada Naxçıvan şəhəri, M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbdə təşkil edilib.

Dövlət İmtahan Mərkəzindən e-huquq.az-a verilən məlumata görə, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

İmtahanda 10 nəfər iştirak edib. 9 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.

Oxşar xəbərlər