- 09:52
Bu ilin ötən dövründə 155 uşaq ailə himayəsinə qaytarılıb.
E-huquq.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov DOST TV-nin efirində deyib.
Onun sözlərinə görə, müvafiq sahədə idarəetmə nazirliyə həvalə edildikdən sonra 1 486 uşağın müəssisəyə yerləşdirilməsi ilə bağlı müraciət daxil olub, onlardan 756 uşaq ailədə saxlanılıb:
"799 uşaq isə ailə himayəsinə reinteqrasiya edilib. Ümumilikdə 789 uşaq övladlığa verilib, 144 uşaq müəssisədən övladlığa götürülüb. Bu sahədə işlər davam etdirilir".