Sabah Hacıqabulun bəzi kəndlərində qaz olmayacaq


  • 18:42

Sabah Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Rəncbər” QPS-dən qidalanan “Rəncbər” ölçü qovşağından təbii qazla təmin edilən qaz kəməri üzərində quraşdırılmış qaz tənzimləyicinin baypas xəttində yeni tənzimləyicinin və siyirtmələrin quraşdırılması məqsədilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Hacıqabul rayonunun Nəvahi qəsəbəsi, Rəncbər, Qubalı (Qubalı-Baloğlan), Pirsaat, Nəvahi kəndlərində ümumilikdə 2651 abonentin qaz təchizatı dayandırılacaq.

Oxşar xəbərlər