Sabah Qəbələ və Şəkinin kəndlərində qaz kəsiləcək


  • 19:15

Sabah Qəbələ və Şəki rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Qəbələ rayonuunun Nohurqışlaq kəndi ünvanında yerləşən kənd sakininə məxsus fərdi yaşayış evinin qazlaşdırılması məqsədi ilə çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək 297 abonentin qaz təchizatı dayandırılacaq.

Eyni zamanda, Şəki rayonu, Vərəzət kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar siyirtmənin təmir edilməsi məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək 403 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Oxşar xəbərlər