Gələn il DSMF-nin xərcləri 8,5 milyard manata yaxın olacaq


  • 17:32

Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq.

E-huquq.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000,0 manat;

- Dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000,0 manat.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər