- 24 Noyabr 23:04
Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
E-huquq.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Biləcəri Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 99 saylı Komplekt Transformator Məntəqəsində (KTM) 26 noyabr tarixində təmir-təftiş işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 11:00-dan 12:00-dək Biləcəri qəsəbəsi DSK yolu, yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.