Məzmuna keç

Az-Granata MMC şirkəti məhsullarını evlərə çatdırılma xidmətinə başladı

Az-Granata MMC covid-19 virusu ilə bağlı başladılmış karantin günlərində müştərilərimizin evdə qalmasına dəstək olaraq online satış xidmətinə start verib.

Bu xidmət sayəsində insanlar evdən çıxmadan sevdikləri istənilən çeşid də AzGranata məhsulunu sifariş verərək evlərinədək çatdırılmasına nail olacaqlar.

Bu xidmət barəsində sosial media kanallarımızda elan yerləşdirmişik. Xidmətə premium şərabımız AZGRANATA şərabları ilə start versək də, müştərilərimiz sevdikləri digər məhsulları da (050)420 70 07 nömrəsi vasitəsilə sifariş edə biləcəklər.Online satışlarımız yeni fəaliyyətə başlamış “OrderHub” şirkəti tərəfindən həyata keçiləcəkdir.

Bununla yanaşı bu çətin zamanda insanlarımıza dəstək üçün Səhiyyə Nazirliyinin tələbi ilə “Az-Granata MMC” şirkəti tibbi spirt istehsalınabaşlamışdır. AzGranata brendi ilə istehsal edilən tibbi spirtlər 70% və 95% etil spirti olmaqla aptek və AZGRANATA Firma Mağazalarına satılması üçün göndərilmişdir.

Qeyd edək ki, online çatdırılma xidmətimizə tibbi spirt məhsullarını da daxil etmişik. Biz “Az-Granata MMC” şirkəti olaraq mümkün olduğu qədər çalışırıq ki, vətəndaşlarımız bu COVİD-19 bəlasından qorunsun və bu çətin dövrün öhdəsindən sağlam şəkildə gələk.

Evlərə çatdırılma ilə bağlı ətraflı məlumat üçün sosial media səhifələrimizi izləyin:

Facebook: https://www.facebook.com/azgranata/

Instagram: https://www.instagram.com/azgranata/