- 9 Dekabr 13:54
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan üzrə dekabr ayının pensiyaları ödənilib.
Bu barədə e-huquq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Azərbaycanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin dekabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.