- 21 Dekabr 21:09
Sumqayıtda 900 abonentin qaz təchizatında fasilə yaranacaq.
E-huquq.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin (İB) Sumqayıt Qaz İstehsal Sahəsindən bildirilib.
Dekabrın 23-də şəhərin Yaşıl dərə yaşayış massivinin bir hissəsində yeni quraşdırılmış Şəhər Qaz Tənzimləyici Məntəqəsinin (ŞQTM) mövcud qaz şəbəkəsinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatı müvəqqəti dayandırılacaq.
Aparılacaq işlərlə əlaqədar ərazidə yerləşən ümumilikdə 900 abonentin qazla təminatında fasilə yaranacaq. Qaz təchizatı işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.
Qurum yaranacaq müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.