“Özünüməşğulluğa dəstək layihəsi” üzrə müraciət qəbulu prosesi sadələşdirildi


  • 17 Sentyabr 2020 16:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Azərbaycanın kommersiya bankları tərəfindən həyata keçirilən “Özünüməşğulluğa dəstək layihəsi” çərçivəsində özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu prosesi daha da sadələşdirilib.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, layihəyə cəlb edilmək istəyən işsiz aztəminatlı şəxslər, o cümlədən əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardım alanlar və həssas qruplardan olan digər şəxslər Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “layihə müraciət formu”na (https://forms.gle/bJ4uBBB8fNPFeYyc9) daxil olaraq qeydiyyatdan keçə bilərlər.

2020-ci il ərzində 1000 nəfər işsiz şəxs üçün bankların dəstəyi ilə kiçik bizneslərin yaradılması nəzərdə tutulub. Layihəyə qoşulmaq üçün e-sosial.az portalında “Məşğulluq” altsistemi vasitəsilə də müraciət etmək olar.

Oxşar xəbərlər