“Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssiəslərinə aiddir. Repititor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.
E-huquq.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.
