Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır


  • 26 Oktyabr 2020 16:50

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib.

Bu barədə e-huquq.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, ilk növbədə yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. O cümlədən, qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.

Bu məqsədlə “Azəriqaz” bölgədə reallaşdırılacaq qaz çəkilişi layihələrini yerindəcə araşdırmağa başlayıb. Birliyin bölgəyə ezam olunan layihəçiləri əraziyə baxış keçirib, mümkün variantlar müzakirə edilib.

"İstehlalar Birliyi işğaldan azad olunan ərazilərdə işə başlamaqdan qürur duyur və bunu müqəddəs vəzifə borcu sayır. Qaz təsərrüfatının işçiləri torpaqlarımızın hər bir hissəsi azadlığa qovuşduqca həmin yerlərə “Yüksələr bayrağımız, isinər ocağımız!” devizi ilə hərəkət etməyə hazırdır", - deyə qurum bəyan edib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO) - Gallery Image

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO) - Gallery Image

Oxşar xəbərlər