Məzmuna keç

“Azəriqaz”a məxsus 3 000 manat dəyərində boru kəsilərək oğurlandı

Bakıda oğurluq hadisəsi olub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də “Azəriqaz” İB-yə məxsus 3 000 manat dəyərində 80 metr borunu kəsərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Quliyev saxlanılıb.