DİM qəbul imtahanlarının tarixlərini elan etdi


  • 11 İyun 2021 15:29

Dövlət İmtahan Mərkəzi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının qrafikini elan edib.

E-huquq.az-ın xəbərinə görə, imtahanların aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.

S/s

İmtahanın adı

Keçirilmə tarixi

1.

- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi;

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

- qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

1 iyul

2.

Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd:

III ixtisas qrupu

14 iyul

II və IV ixtisas qrupları

15 iyul

I ixtisas qrupu

27 – 28 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu