Azərbaycanda koronavirusa 73 nəfər yoluxdu


  • 11 İyun 2021 20:17

Azərbaycanda bu gün koronavirus infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 194 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib, aktiv xəstə sayı 1 920 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 606 364, ötən müddət ərzində isə ümumilikdə 8 515 test aparılıb

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu