Nazirlik anomal isti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ


  • 21 İyun 2021 16:53

Həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən xəbərə görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcək.

Tibbi-meteoroloji proqnoza əsasən, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu