Deputat Ramin Məmmədov növbəti dəfə şəhid ailələri ilə görüşdü - FOTOLAR


  • 21 İyun 2021 23:58

Milli Məclisin deputatı Ramin Məmmədov Sabirabad rayonu ərazisində yaşayan şəhid ailələri ilə görüşüb.

E-huquq.az xəbər verir ki, söhbət zamanı şəhid ailələrinin üzləşdiyi çətinliklər müzakirə edilib. Deputat onların problemlərini dinləyib və həlli istiqamətində əməlli addımlar atıldığını diqqətə çatdırıb.

R. Məmmədov sonda dəvətini qəbul edib gəldiklərinə görə şəhid ailələrinə təşəkkür edib.

"Qəhrəmanlıqları ilə dastan yazan, Vətənimizin bütövlüyü naminə canlarından keçmiş şəhidlərə borcumuz sonsuzdur. Onlara həm də ona görə borcluyuq ki, bizə gözəl, saf, ağıllı, vətənpərvər övladlar əmanət ediblər. Eyni zamanda, onları dünyaya gətirən, qəhrəman kimi yetişdirən və “Vətən sağ olsun!” deyib, öz balalarını Vətən yolunda qurban verən şəhidlərimizin ata-anaları qarşısında borcumuz var. Dərdlərinə şərik olmaq, qayğılarına qalmaq, təsəlli vermək bizim borcumuzdur. Çünki bu insanlar Vətən uğrunda övlad qurban veriblər", - deyə deputat bildirib.

Oxşar xəbərlər