“Saxta sertifikat alan və onu verən tibb işçisi cinayət işlədir. Bu işlə məşğul olanlar ölüm lotereyası oynayırlar. Onlar insanların həyatını təhlükə altına alırlar”.
E-huquq.az xəbər verir ki, bunları səhiyyə nazirinin birinci müavini Teymur Musayev “Real TV”-yə müsahibəsində deyib.
O qeyd edib ki, bu, Səhiyyə Nazirliyinin yox, hüquq-mühafizə orqanlarının işidir: "Onların sərt davranışı bizə dəstək olar".
