“İxtisas seçimi avqustun 30-da başa çatacaq, 3-4 gün ərzində bazadakı yoxlamalar bitəndən sonra nəticələr elan olunacaq”.
E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bundan sonra boş qalan yerlərə və kolleclərə ixtisas seçimi elan olunacaq: “Yəqin ki, bu, sentyabrın 4-5-6-sı olacaq”.
