Cari ilin yanvar-iyul ayları ərzində 16493 nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, onların 56,2 faizini kişilər, 43,8 faizini isə qadınlar təşkil edib.
