Xəbər verdiyimiz kimi, bu gündən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq. Lakin sosial şəbəkə və vətəndaşlar arasında birinci doza vaksin vurduran şəxslərin ictimai iaşə obyektlərinə buraxılacağı barədə məlumatlar yayılıb.
E-huquq.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev əlaqə saxlayıb.
O bildirib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil: "Yalnız hər iki doza vaksin vurduran şəxslər ictimai iaşə obyektlərinə buraxıla bilər. Çünki hər iki doza vaksin vurdurduqda peyvənd pasportu verilir və sistem də o halda tanıyır".
