Məzmuna keç

Yağışla əlaqədar bəzi yollarda sürət həddi endirildi

Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.

Bu barədə e-huquq.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.