Məzmuna keç

“Azəriqaz”ın növbəti “Açıq mikrofon”u Bərdənin Güloğlular kəndində olacaq

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vətəndaşların məmnunluğuna xidmət edən aksiyanın əhatə dairəsi günü-gündən genişlənir.

"Səyyar qəbul otaqları"nın imkanlarından istifadə edən sakinlərin səsləndirdiyi fikirlər, problem və təkliflər dərhal dəyərləndirilir, müvafiq göstərişlər verilir. Bunun nəticəsidir ki, avqustun 4-dən bu günə qədər aksiya keçirilən 10 ünvanda işlər başlanıb. Bu dəfə Bərdə rayonunun Güloğlular kəndindən gələn müraciətlər “Açıq mikrofon”un təşkilini zəruri edib. 10 sentyabr saat 11:00-dan 13:00-a qədər "Səyyar qəbul otağı" sakinlərin ixtiyarında olacaq. Vətəndaşların tam sərbəst şəkildə öz problemlərini səsləndirməsi üçün bütün şərait yaradılacaq.